Şəhid hərbçi Tovuzda dəfn olundu

Şəhid hərbçi Tovuzda dəfn olundu
13:42 28 Fevral 2017
607 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Əhmədov Elvin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Yanıqlı kənd qəbristanlığında keçirilən dəfn mərasimində Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
 
Çıxış edənlər şəhid Elvin Əhmədovun döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini deyiblər. Bildirilib ki, şəhid Elvin Əhmədov örnək olacaq bir hərbçi olub.
 
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR