"Bahar süitası" adlı klassik musiqi axşamı keçiriləcək

"Bahar süitası" adlı klassik musiqi axşamı keçiriləcək
14:12 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı klassik musiqi axşamı keçiriləcək.

Milli.Az xəbər verir ki, martın 10-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı klassik musiqi axşamı baş tutacaq.
 
Tədbirdə tanınmış musiqiçilər - pianoçu Səidə Tağızadə, violonçel ifaçısı əməkdar artist Aleksey Miltıx, tarzən, əməkdar artist Sahib Paşazadə və violin ifaçısı Ümidə Abbasova iştirak edəcəklər. Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti də çıxış edəcək. Kvartetin iştirakçıları: xalq artisti Uran Seyidov (violin I), Soltan Məmmədova (violin II), əməkdar artist Vaxtanq İmanov (viola) və əməkdar artist Aleksey Miltıx (violonçel). Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
 
Biletləri şəhərin kassalarında, Asan Xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/521928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR