Yıldırım: "Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır"

Yıldırım: "Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır"
14:12 28 Fevral 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

"Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) iclası zamanı Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, qanayan yaradır.

Baş nazir bildirib: "Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və bu problem hələ həll olunmayıb. Azərbaycanın dərdi - Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi - Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/521931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR