"Real" milli üzvü ilə danışıqlara başladı

"Real" milli üzvü ilə danışıqlara başladı
14:17 28 Fevral 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Real"ın maraq dairəsinə düşüb.

Madridlilər Bonuççini komandadan ayrılacağı gözlənilən Pepenin yerinə transfer etməyi planlaşdırırlar. Pepe ilə Çin klubları danışıq aparır və təcrübəli müdafiəçinin yayda "Real"ı tərk etmək ehtimalı yüksək dəyərləndirilir.  
 
"Yuventus" rəhbərliyi bu təklifə hələ ki, cavab verməyib.
 
Qeyd edək ki, 2010-cu ildən "qoca sinyora"nın formasını geyinən Bonuççi həmin ildən İtaliya yığmasının da üzvüdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR