Xərçəng xəstəliyinin dərmanı kimi satılır- Bakıda FIRILDAQÇILIQ

Xərçəng xəstəliyinin dərmanı olaraq adlandırılan, quanabana meyvəsi “Graviola”, ya da darçın alması Orta Amerika, Amazon bölgəsi və Polineziyada yetişdirilən bitki ağacıdır.

Bu meyvənin maksimum uzunluğu 30 sm, çəkisi isə 2,5 kq-a qədər ola bilər. Yaşıl rəngdə olan meyvə tikanlıdır, içərisi isə qara xırda dənəciklərdən, toxumlardan ibarətdir. Meyvənin ətli hissəsi isə solğun yaşıl rəngdədir.

Meyvədən xalq təbabətində dərman kimi istifadə edilir. Hətta xərçəng xəstəliyini sağaltdığı bildirilir.

Həkim-onkoloq Rəna Niftəliyeva Metbuat.az-a açıqlamasında bildirib ki, xərçəng elə bir xəstəlikdir ki, onun müalicəsi yalnız əməliyyat, şüa və kimyəvi dərmanlarla mümkündür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, antioksidantlar hansı bitkinin tərkibində varsa, xərçəng xəstəliyinə müsbət təsir edir. Ancaq xərçəngi tamamilə sağaltdığı yanlış məlumatdır. Bu biznesdir və insanların aldadılmasıdır.

"Təəssüflər olsun ki, tibb sahəsində bu cür yalan elan və reklamlar var. Bu cür reklam və elanlar insanların aldadılmasıdır. Təəssüf ki, dövlət orqanları buna göz yumur”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR