Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələr bağlanır? - ÖZƏL AÇIQLAMA

Cəbhədə gərginlik yarandığı zaman mediada dezinformasiyaların yayılması adi bir hala çevrilib.

Belə həssas məqamlarda insanların duyğuları ilə oynayan bəzi “şəxslər” “İP” toplamaq, tanınmaq məqsədilə müxtəlif səpkili yalan xəbərlər paylaşır. Bu cür hallarda sosial mediaya çıxışın qarşısını almaq nə dərəcədə doğrudur? Ümumiyyətlə, media belə hallarda necə tənzimlənməlidir?

Mövzu ilə bağlı suallarımıza cavab verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, qanunvericilik aktı ilə tənzimlənməyibsə, hansısa bir dövlət qrumu tərəfindən bunun özbaşına məhdudlaşdırılması düzgün olmazdı:

“Azərbaycan hüquqi dövlət qurub və bütün bunlar hüquqi prosedurlarla tənzimlənməlidir. Bununla bağlı müəyyən qanunvericilik aktları hazırlanıb. Həmin qanunda bu cür vəziyyətlərdə mediada hansı addımların atılması nəzərdə tutulub. Amma indiki halda hansısa dövlət qurumu tərəfindən ona müdaxilə, yaxud hansısa məhdudlaşdırıcı addım atılması düzgün olmazdı.

Eyni zamanda, biz, Azərbaycan İnternet Formu olaraq da, düşünülmədən hansısa yazışmaların, yalnış paylaşmaların, həqiqəti əks etdirməyən məlumatların sosial mediada paylaşılmasını düzgün hesab etmirik. Dəfələrlə bununla bağlı açıqlama da vermişik. Xüsusən də, cəbhədə gərginlik yaranan vaxtı bu məsələdə çox ehtiyyatlı olmaq lazımdır. Amma təəssüf ki, bəzi şəxslər bu cür paylaşımlara yol verirlər. Bunlar düzgün deyil. Hesab edirəm ki, bunun qarşısının alınması yaxışı olardı”.

Osman Gündüz qeyd etdi ki, bu cür yazıların hamısı məlumatsızlıqdan baş verir:

“Müdafiə Nazirliyi bu cür situasiyalarda aktiv fəliyyət göstərməlidir. Yəni, istənilən halda informasiya bolluğu yaratmalıdır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR