Qazaxıstan prezidentinin nəvəsi ölkə Futbol Federasiyasının vitse-prezidenti təyin olunub

Qazaxıstan prezidentinin nəvəsi ölkə Futbol Federasiyasının vitse-prezidenti təyin olunub
14:37 28 Fevral 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ölkə Futbol Federasiyasının vitse-prezidenti olub.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, A.Nazarbayev bu vəzifəyə qurumun İcraiyyə Komitəsinin kadr məsələsi üzrə iclasında təyin edilib. O, vitse-prezident olaraq, FİFA, UEFA və milli assosiasiyaya üzv qurumlarla əlaqələndirmə işlərinə rəhbərlik edəcək.
Qeyd edək ki, əvvəllər Aysultan Nazarbayev federasiyanın işini və onun keçmiş rəhbəri Yerlan Kojaqapanovu dəfələrlə tənqid edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qazaxistan-prezidentinin-nevesi-olke-fgutbol-federasiyasinin-vitse-prezidenti-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR