Ranyeri aldığı təzminatın yarısını xeyriyyə fonduna bağışladı

Ranyeri aldığı təzminatın yarısını xeyriyyə fonduna bağışladı
14:42 28 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Lester" futbol klubunun sabiq baş məşqçisi Klaudio Ranyeri müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün əldə etdiyi təzminatın yarısını "Foxes Foundation Charity" xeyriyyə fonduna bağışlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssisin klubdan aldığı kompensasiyanın həcmi 3 milyon funt-sterlinq təşkil edib.

K.Ranyeri xeyriyyə fonduna 1,5 milyon avro ödəyib.
Qeyd edək ki, ötən mövsüm "Lester" italiyalı baş məşqçinin rəhbərliyi altında 133 illik tarixi ərzində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Klaudio Ranyeri ötən həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Sevilya" komandasına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR