Azərbaycan Prezidenti Pakistana səfərə gedib

Azərbaycan Prezidenti Pakistana səfərə gedib
14:42 28 Fevral 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gedib.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.
Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-pakistana-sefere-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR