"Assassin’s Creed: Empire" oyununun ilk

Sosial mediada "Assassin’s Creed: Empire" oyununun fotosu yayılıb.

Metbuat.az bildirir ki, fotoda əks olunmuş personajın bel hissəsində qalxan var. Həmin qalxan isə Roma imperiyası dövrünün qalxanına bənzəyir. Personajın ətrafındakı tikili isə qədim Misir dövründə piramidaların tikilməsində isifadə edilmiş böyük daş parçalarını xatırladır.

Yeni "Assassin’s Creed" oyunundakı hadisələrin Misirdə cərəyan edəcəyi haqqında söz-söhbətlər gəzirdi. Bu söz-söhbətləri hətta nüfuzlu "Kotaku" saytı belə təsdiq etmişdi. Görünür, yeni fotonun sızdırılması ilə bu şaiyələrin doğru olması təsdiqlənir.

Qeyd edək ki, oyunun bu il satışa çıxması güman olunur.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR