AİF tenderlər keçirir

AİF tenderlər keçirir
14:57 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) mebel avadanlıqlarının (lot-1) və arxiv dolablarının (lot-2) satın alınması ilə bağlı açıq tender elan edib.
“Report” AİF-ə istinadən xəbər verir ki, hər lot üzrə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri martın 13-nə qədər, tender təklifləri isə martın 30-na qədər Fondun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanına təqdim etməlidirlər.
Təkliflərə martın 31-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Bundan başqa, AİF "Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair açıq tender keçirir. Bu tenderdə iştirak haqqı isə 500 manatdır.
İlkin sənədlərmartın 27-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatı isə aprelin 5-nə qədər Fondun inzibati binasında qəbul edilir. Təkliflərə aprelin 6-da, saat 15:00-da baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ai-f-tenderler-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR