Azərbaycanın sərbəst güləş üzrə milli komandasının heyəti açıqlanıb

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının heyəti açıqlanıb
15:02 28 Fevral 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXI beynəlxalq turnirində iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, martın 3-də start götürəcək yarışda baş məşqçisi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 9 güləşçi mübarizə aparacaq.
Turnirdə Azərbaycanı Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Teymur Məmmədov, Məhəmməd Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Umar İsrailov (125 kq) təmsil edəcək. Görüşləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı da olacaq.
Proqrama əsasən, martın 3-də sərbəst güləş üzrə 57 kq, 65 kq, 74 kq, 97 kq, qadın güləşi üzrə 48 kq, 55 kq, 60 kq, 69 kq çəkidə idmançılar, martın 4-də isə 61 kq, 70 kq, 86  kq və 125 kq-da sərbəst, 53 kq, 58 kq, 63 kq və 75 kq çəkidə qadın güləşçilər yarışacaq.
Qeyd edək ki, qadın güləşi üzrə Azərbaycan yığmasının üzvləri Kiyevdə Ukrayna, ABŞ, İsrail və Litva yığmaları ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında hazırlıqları davam etdirən komanda üzvləri turnirdə sınaqdan keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-milli-komandasinin-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR