Hacıqabulda “Chevrolet-Niva” aşıb 3 nəfər xəsarərt alıb

Hacıqabulda  “Chevrolet-Niva” aşıb 3 nəfər xəsarərt alıb
15:02 28 Fevral 2017
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul. 28 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində qeydə alınıb.
Belə ki, “Chevrolet Niva” markalı avtomobil magistralda sərt döngədə idarəetməni itirərək yoldan çxıb və dərəyə yuvarlanıb. 
Nəticədə avtomobildə olan Bakı sakinləri - 40 yaşlı Allahverdi Şahlar oğlu Behbudov, 39 yaşlı Elnur Əlioğlu Bayramov və 20 yaşlı Rahid Məzahim oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-chevrolet-niva-asib-3-nefer-xesaert-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR