Şvaynştaygerin 6 il əvvəlki humanist jesti

Şvaynştaygerin 6 il əvvəlki humanist jesti
15:12 28 Fevral 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

2011-ci ildə intihar etmək istəyən almaniyalı referi Babak Rafati həyatından bəhs edən kitab yazıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rafati ona dəstək olan futbolçular arasında həmin vaxt "Bayern Munich"in şərəfini qoruyan Bastian Şvaynştaygerin olduğunu qeyd edib.

"Bu, mənə çox təsir etdi. Bastian bilirdi ki, bir daha hakimlik etməyəcəm. Amma onun bu jesti çox humanist idi. Futbolda depressiya tez-tez olur. Səhvlərə yol verdiyimə görə bir neçə həftə oyunlara təyinat almadım. Buna görə özümü atılmış kimi hiss etməyə başladım", - Rafati kitabında yazıb.

Rafati 2011-ci ildə "Köln" - "Mainz" görüşünə təyinat alsa da həyatına qəsd etmişdi. Həkimlər onun həyatını xilas edə bilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR