"Hürriyət"in baş redaktoru işdən çıxarıldı

"Hürriyət"in baş redaktoru işdən çıxarıldı
15:12 28 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur "Hürriyət" qəzetinin baş redaktoru Sedat Ergin işdən çıxarılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl qəzetdə dərc edilən "Qərargah narahatdır ("Karargah Rahatsız") başlıqlı xəbərdən sonra böyük təzyiqlərlə üzləşən baş redaktor vəzifəsini itirməli olub.

Onun yerinə qəzetin hökumətə yaxın köşə yazarı Fikrət Bilanın təyin ediləcəyi bildirilir, lakin bu xəbər hələ ki təsdiqini tapmayıb. 
 
Qeyd edək ki, "Hürriyət"dəki məlum məqalədən sonra Türkiyə hökumətinə yaxın olan "A Haber" telekanalında hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist Cem Küçük çıxış edərək bu xəbərin yayımlanmasının "cinayət" olduğunu deyib. "Hürriyət"də belə xəbəri yazanları "alçaq sürüsü" adlandıran Cem Küçük Sedat Erginin tezliklə işdən çıxarılacağını iddia etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR