Ermənistanda polis rəisi keçmiş qubernatorun qardaşı oğlunu döydü

Ermənistanda polis rəisi keçmiş qubernatorun qardaşı oğlunu döydü
15:17 28 Fevral 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətinin Gorus şəhərində polis rəisi Gevork Əzizyan bir qrup polislə birlikdə regionun keçmiş qubernatoru Surik Xaçatryanın qardaşı oğlunu kabinetində möhkəm döyüb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, döyülən şəxs Edmon Xaçatryandır, o, aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Daha sonra evə buraxılıb. Polis insidenti təsdiq edib. Məlumata görə, insidentə səbəb keçmiş qubernatorun qardaşı oğlunun leytenant rütbəli qıza sataşması olub. Bildirilir ki, Gorusun polis rəisi Gevork Əzizyan və Xaçatryanlar klanının adı dəfələrlə müxtəlif kriminal hadisələrdə hallanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR