Qazaxıstan millisində yeni baş məşqçi

Qazaxıstan millisində yeni baş məşqçi
15:22 28 Fevral 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstan millisinə yeni baş məşqçi təyin olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın sükanı arxasına Aleksandr Borodyuk keçib. Onunla 3 illik müqavilə imzalanıb. 54 yaşlı çalışdırıcı Rusiya millisində müxtəlif illərdə köməkçi məşqçi kimi çalışıb. Borodyukun son iş yeri Qazaxıstanın "Kayrat" klubu olub.

Qazaxıstan DÇ-2018-in seçmə mərhələsində E qrupunda mübarizə aparır və 4 oyundan sonra 2 xal toplayaraq qrupda sonuncu pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR