Hacıqabulda maşın aşdı: yaralılar var - FOTO

Hacıqabulda maşın aşdı: yaralılar var - FOTO
15:27 28 Fevral 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı avtomobil magistralda sərt döngədə idarəetməni itirərək yoldan çxıb və dərəyə yuvarlanıb. 

Nəticədə avtomobildə olan Bakı sakinləri - 40 yaşlı Allahverdi Şahlar oğlu Behbudov, 39 yaşlı Elnur Əlioğlu Bayramov və 20 yaşlı Rahid Məzahim oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR