Şəhidimiz dəfn edildi... - VƏTƏN SAĞ OLSUN!

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Qədimov Zülfü Rəhim oğlu bu gün dəfn edilib. Şəhid Beyləqan rayonunda torpağa tapşırılıb.

Metbuat.az-ın məlumatına əsasən, əslən Ağdam rayonundan olan şəhid Beyləqan rayonunda Peyğəmbər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Ağdam və Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib. Şəhidin tabutu bükülən Azərbaycan bayrağı onun atasına təqdim edilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub. Şəhidlərin meyitləri beynəlxalq vasitəçilərin iştirakı ilə fevralın 27-də döyüş meydanından götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR