“Android” sistemli proyektor nümayiş edilib

“Android” sistemli proyektor nümayiş edilib
15:35 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın “Sony” şirkəti Barselonada keçirilən “Mobile World Congress” sərgisi çərçivəsində müxtəlif səthlər üzərində sensor ekran kimi universal işləmə imkanına malik yeni “Xperia Touch” proyektorunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, ötən il oxşar proyektorun prototipini təqdim edən Yaponiya şirkəti bu dəfə qurğunun görünüşündə əhəmiyyətli dəyişikliklər edib. Qiyməti 1499 avro təşkil edəcək “Xperia Touch” qurğusunun yaxın vaxtlarda Avropa və Yaponiyada, o cümlədən ABŞ bazarında satışa çıxarılacağı gözlənilir.

Məlumata görə, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən proyektor onlayn mağazadan xüsusi əlavələrin yüklənməsini nəzərdə tutur. Bundan başqa, qurğu iki dinamiklə təchiz edilib. Qurğuda əsas məhdudiyyət kimi ekran ölçüsünün 80 düymdən çox olmaması qeyd edilir, əks halda, sensorlu funksiyaların lazımınca işləməyəcəyi bildirilir.

 Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46353-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR