Litvada Rusiyanın xeyrinə casusluq edən iki nəfərə həbs cəzası verilib

Litvada Rusiyanın xeyrinə casusluq edən iki nəfərə həbs cəzası verilib
15:42 28 Fevral 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Litvada iki nəfər Rusiyanın xeyrinə casusluq etməkdə ittiham olunub.
“Report” “dw”yə istinadən xəbər verir ki, onlardan biri Litva ordusu və NATO-nun hava polisi haqqında hər məlumata görə 500-1000 avro alırmış.
Məlumata görə, Litva ordusunun keçmiş zabiti Sergey Pusin 5 il, Rusiya vətəndaşı Sergey Moiseyenko isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. O, casusluqla yanaşı, qanunsuz olaraq döyüş sursatı, partlayıcı və döyüş qumbarası saxlamağa görə də ittiham olunub.
Xəbərdə bildirilib ki, S.Pusin 2012-ci ildə Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb. 2014-cü ilədək Litva Silahlı Qüvvələri və NATO-nun Baltik ölkələrinin hava məkanındakı patrul xidməti barədə məlumat ötürüb. S.Moiseyenko isə onu casusluq üçün lazım olan avadanlıqla təmin edib və hər informasiya üçün 500-1000 avro verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/litvada-rusiyanin-xeyrine-casusluq-eden-iki-nefere-hebs-cezasi-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR