TRT 1-in yayımı sabahdan bərpa olunacaq

"TRT 1" televiziya kanalının Azərbaycanda yayımı sabahdan bərpa olunacaq.

Metbuat.az-ın məlumatına əsasən, Azərbaycanın Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, TRT 1 telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket daxilində yayımı təmin ediləcək.

Qeyd edək ki, "TRT 1" telekanalı 1995-ci ildən etibarən Azərbaycanda yayımlanır. Lakin rəqəmsal yayımla bağlı müqaviləsi olmadığına görə ötən il noyabrın 1-dən TRT 1-in Azərbaycanda yayımı dayandırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR