Arıqlamaq istəyənlərin nəzərinə...3 gündə artıq çəkidən qurtulun!

Qaraciyərin dostu olan kərəviz bədəndən toksinlərin atılmasını və sürətlə çəki itirməyinizi təmin edən bitkidir.

Kərəviz alma, ispanaq kimi az kalorili qidalar sırasında yer alır. Tərkibi antioksidantlarla zəngin olan kərəviz xəstəliklərin müalicəsində qalxan rolunu oynayır. Həmçinin, kərəvizdən hazırlanan kürü içməklə arıqlaya bilərsiniz.

Metbuat.az Türkiyə mediasına istinadən, kərəviz kürünün hazırlanma qaydasını təqdim edir:

Bu kürü 72 saat ərzində 3 dəfə içməlisiniz. Gün ərzində yediyiniz ara yeməklərin çox yağlı olmamasına diqqət edin. Bol su için.

Kürü hazırlamaq üçün 5 ədəd kərəviz sapı, 3 ədəd limon, 6 stəkan su, 1 kasa dilimlənmiş cəfəriyə ehtiyacınız var. Bütün məhsulları blenderdən keçirin. Sonra su əlavə edib qarışdırın. Qarışımı süzüb kənarda saxlayın və hər gün yeməklərdən bir saat əvvəl 2 stəkan için. 72 saat sonra ara verib 1 həftə sonra yenidən içməyə başlayın.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR