Bakı. 28 fevral. REPORT.AZ/ İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı püskürüb.
Bu barədə "Report" İtaliya KİV-inə istinadən xəbər verir.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan püskürmənin hazırda insanlar üçün heç bir təhlükəyə malik olmadığını bildiriblər. Kataniya aeroportu normal rejimdə fəaliyyətini davam etdirir.
Etna vulkanının buna qədərki son püskürmələr seriyası 2016-cı ilin may ayında olub.
Xatırladaq ki, Etna Avropada ən hündür vulkandır. Onun hündürlüyü çox 3200 metrdən çoxdur. Hündürlük hər püskürmədən sonra dəyişir.