Bakıda havanın temperaturu normanı ötdü

Bakıda havanın temperaturu normanı ötdü
16:05 28 Fevral 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

G.Məmmədovanın sözlərinə görə, hazırda müşahidə olunan hava şəraiti anomal hesab edilmir. Belə hava şəraiti əvvəlki illərin fevral ayında da müşahidə edilib.

G.Məmmədova yaxın günlərdə hava şəraitində ciddi dəyişikliyin qeydə alınmayacağını da söyləyib.
Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR