"Saudi Aramco" şirkəti "Petronas"a aid layihəyə ortaq olub

"Saudi Aramco" şirkəti "Petronas"a aid layihəyə ortaq olub
16:07 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti Malayziyanın "Petronas" milli neft şirkətinə aid "RAPİD" neftayırma və neft-kimya layihəsinə 7 mlrd. ABŞ dolları həcmində investisiya yatıraraq layihədə 50%-lik iştirak payına sahib olub. 
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 
Məlumata əsasən, anlaşma hazırda Malayziyada səfərdə olan S.Ərəbistanının kralı Salman və Malayziyanın baş naziri Nəcib Razakın iştirakı ilə imzalanıb. 
Anlaşmanın şərtlərinə görə, "Saudi Aramco" Malayziyanın Cohor ştatının cənubunbda yerləşən neftayırma zavoduna zəruri təchizatın 70%-i, qalan hissəni - qaz və elektrik enerjisi təchizatını isə "Petronas" təmin edəcək.
"RAPİD" layihəsi çərçivəsində gündəlik emal gücü 300 min barel olan neftayırma zavodunun və illik istehsal gücü 7,7 mln. metrik ton olan neft-kimya zavodunun inşası nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/saudi-aramco-petronasa-aid-layiheye-ortaq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR