"Kəpəz" - "Qəbələ" matçında mübahisəli qol vurulub

"Kəpəz" - "Qəbələ" matçında mübahisəli qol vurulub
16:12 28 Fevral 2017
157 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Kəpəz" və "Qəbələ" arasında keçirilən oyunda mübahisəli qol qeydə alınıb. "Report"un məlumatına görə, bu, 36-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Şəhriyar Rəhimovun topu tora göndərdiyi epizodda olub. 
"Qəbələ"nin oyunçuları qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia etsələr də, baş hakim Əliyar Ağayev köməkçisinin də işarəsindən sonra mərkəzi göstərib. Qonaq komandanın etirazlarına baxmayaraq, qərar dəyişməyib. 
Qeyd edək ki, hazırda "Kəpəz" hesabda irəlidədir - 1:0. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-qebele-matcinda-mubahiseli-qol-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR