Azərbaycan teatrı - 144

Azərbaycan teatrı - 144
16:22 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Milli Teatrın yaranması münasibətilə "Pərdənin o üzü"...

Milli.Az bildirir ki, cari ilin mart ayının 10-da saat 16.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət "Pərdənin o üzü" adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Teatrın foyesində sərgilənəcək "Pərdənin o üzü"ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstəriləcək.

Sərgidən sonra səhnədə Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin Milli Teatr Gününə həsr olunmuş çıxışları olacaq.

Çıxışlardan sonra ölməz dramaturq Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri Xani -Lənkəran" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Tamaşada rolları Əməkdar Artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Eşqin Quliyev ifa edəcəklər.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Peşəkar Teatrının təməli Bakı realnı məktəbinin teatr həvəskarlarının truppası tərəfindən 1873-cü il martın 10-da qoyulub.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/521959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR