Avro Bölgəsinin dağılma ehtimal yüksəldi

Avro Bölgəsinin dağılma ehtimal yüksəldi
16:23 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Mərkəzi ofisi Frankfurtda yerləşən “Sentix” fevral ayında Avro Bölgəsinin Dağılma İndeksinini (EBI) nəticələrini açıqlayıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, avro böhranı təkrar gündəmə gəlib. Yanvar ayında 21,3 faiz olan dağılma riski indeksi, fevralda 25,2 faizə yüksəlib. Sorğuya qatılan sərmayəçilərin 25,2 faizi Avro Bölgəsinin 12 ay ərzində dağılacağının mümkün olduğunu deyib.

“Sentix”dən soğu ilə bağlı verilən şərhdə qeyd edilir ki, avro böhranı bu günlərdə daha da diqqətə çarpır.

Anket iştirakçılarının 25 faizi ən az bir üzv ölkənin Pul Birliyindən ayrılacağına inandığını diqqətə çatdırıb. Bu ölkə ya İtaliya, ya Fransa, ya da Yunanıstan ola bilər.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/189635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR