"Kəpəz" - "Qəbələ" oyununda futbolçular arasında insident baş verib

"Kəpəz" - "Qəbələ" oyununda futbolçular arasında insident baş verib
16:27 28 Fevral 2017
174 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" görüşündə dava düşüb. "Report"un məlumatlına görə, matçın 36-cı dəqiqəsində meydan sahibləri Şəhriyar Rəhimovun qolu ilə hesabı açdıqdan sonra hər iki komandanın üzvləri arasında mübahisə yaranıb.
Lakin tezliklə ara sakitləşib və "Qəbələ" topu mərkəzdən oyuna daxil edib. Ancaq 38-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Nika Kvekveskiri "Kəpəz"in futbolçusu Nicat Qurbanova qarşı kobud oynayıb. Qurbanov ayağa qalxaraq, gürcü futbolçuya sillə vurub. Nəticədə referi Əliyar Ağayev hər iki futbolçuya qırmızı vərəqə göstərib.
Qurbanov oyunu tərk etdikdən sonra tunelə aparan pilləkənlərdə oturaraq, ağlamağa başlayıb. Kvekveskirini isə çətinliklə meydandan çıxarılıb. 
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-qebele-oyununda-insident-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR