Kılıcdaroğlu: “Suriyalılara vətəndaşlıq verilməsi və Rakka üçün referenduma gedək”

Kılıcdaroğlu: “Suriyalılara vətəndaşlıq verilməsi və Rakka üçün referenduma gedək”
16:33 28 Fevral 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

“Suriyalılara vətəndaşlığın verilməsi və Rakka əməliyyatı üçün referendum keçirilsin”.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, bu təkliflə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu partiyasının qrup toplantısında deyib.

“Ölkəmizdə neçə suriyalı var? Sayını kimsə bilmir. Əmin olun ki, 4 milyondan az deyil. Bizim gənclərimiz Suriyada Suriya üçün şəhid olurlar. Onların gəncləri Türkiyədədir. Bu, necə olur? Bizim gənclərimiz işsizdir, onların işi var. İndi deyirlər ki, suriyalılara vətəndaşlıq verəcəyik. Bunu hansı əsasla edəcəksən? Bu məsələnin həlli üçün referenduma gedək. Millətdən qorxmamaq lazımdır”, - partiya sədri bildirib.

Kılıcdaroğlu Türkiyənin Rakka əməliyyatına qoşulması məsələsinin də referenduma çıxarılmalı olduğunu deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR