Keçmiş səfir hava limanında saxlanıldı - Oğurluq edib

Keçmiş səfir hava limanında saxlanıldı - Oğurluq edib
16:47 28 Fevral 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın ABŞ-dakı sabiq səfiri Yelena Poltodorova Varşava hava limanında saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sabiq diplomatın saxlanmasına səbəb rüsumsuz ticarət mağazasından kosmetika oğurlaması olub.

RMF radiosu oğurlanmış kosmetikanın dəyərinin 1600 zlotı (təqribən 400 dollar) olduğunu bildirir.

Qeyd edək ki, ölkəsinin Avropa İttifaqına qoşulması lehinə fəal çıxış edən bolqar siyasətçi Y.Poltodorova 2010-2016-cı illərdə ABŞ-da səfir vəzifəsində çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR