Putin Əsədin müdafiəsinə qalxdı: “Veto qoyacağıq!”

Putin Əsədin müdafiəsinə qalxdı: “Veto qoyacağıq!”
16:53 28 Fevral 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva Suriya barəsində heç bir yeni sanksiyaları dəstəkləməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə Bişkekdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sanksiyalar hazırda yersizdir və yalnız danışıq prosesinə mane olacaq.

Daha əvvəl də Kremldən bildirilib ki, Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı sanksiyalar üzrə qətnaməyə veto qoyacaq. Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsi 2016-cı ilin dekabrında Böyük Britaniya və Fransa tərəfindən hazırlanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR