Hamburgeri evdə özünüz hazırlayın - RESEPT

Hamburger sevərlər artıq bu sevimli yeməyi özünüz evdə də hazırlaya bilərsiniz.

Metbuat.az dadlı və sağlamlığa faydalı Hamburgerin hazırlama qaydasını təqdim edir:

Tərkibi:

4 stəkan yarım un

1 paket maya (10g)

1 çay qaşığı duz

1 fincan şəkər

1 stəkan yarım su

1/2 fincan günəbaxan yağı

İçi üçün:

350 qram qiymə

1/2 dəstə cəfəri

1 ədəd süzgəcdən keçirilmiş soğan

1 ədəd yumurta

1 çay qaşığı duz

3 dilim bayat çörək

Bəzəmək üçün:

100 qram doğranmış xiyar turşusu

Kahı yarpaqları

Hazırlanması:

Maya, un və digər vəsaitləri qarışdırıb yumşaq xəmir əldə edənə qədər yoğurun. Sonra üzərini örtüb 40 dəqiqə saxlayın. Yoğurduğunuz xəmiri altı hissəyə bölün, əvvəlcədən 240 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

İç tərkibini qarışdırıb altı hissəyə ayırın və bişirin. Daha sonra soyumuş Hamburger çörəklərini ikiyə ayırıb köftə, kahı yarpaqları və turşuları düzün. Mayonez və ketçup sıxaraq çörəkləri bağlayın. İsti-isti servis edin.

Aysel Yaqubqız / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR