Avropada azərbaycanlıların möhtəşəm zəfəri... - FOTO

Avstriyanın Vyana şəhərində “FC KARABAKH VYANA” adında futbol klubu mövcuddur. 2013-cü ildə klub yaratmaq ideya və təşəbbüsü klubun prezidenti Orxan Vəliyev tərəfindən irəli sürülüb. 2014-ci il iyul ayında rəsmi olaraq “FC KARABAKH VYANA” klubu yaradılıb. Klubun İdarə Heyətində 4 azərbaycanlı, 2 avstriyalı yer alıb.

Metbuat.az xəbər verir ki, Avstriyada yeni yüksəldiyi "Wiener Stadt Liga"da mübarizə aparan "FC KARABAKH VYANA" klubu 2016-2017 mövsümünün ilk yarısında tarixi nəticəyə imza atıb. Belə ki, ilk dövrədə keçirilən 15 turdan 10 görüşdə qələbə qazanan " FC KARABAKH VYANA" 5 oyunda bərabərlik əldə etməklə yeni rekord müəyyənləşdirib. 15 matçda uduzmayan klub məğlubedilməz oyunlar seriyasını davam etdirib. Bununla da Avstriyanın 4-cü liqası və Vyana əyalətinin ən yüksək liqası olan "Wiener Stadt Liga"da ən uzun məğlubiyyətsizlik rekordu qeydə alınıb. 

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR