"Report": Sərbəst vəsaitləri qısamüddətli manat depozitlərinə çevirmək zamanıdır

"Report": Sərbəst vəsaitləri qısamüddətli manat depozitlərinə çevirmək zamanıdır
17:12 28 Fevral 2017
440 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün, fevralın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında satışa təklif olunan 35 mln. ABŞ dolları vəsaitinə tələbat 34,12 mln. dollar və ya 97,5% təşkil edib. 
"Report"un analitik qrupu hesab edir ki, dollara tələbat bu ilin sonuna qədər sabit qalmağa davam edəcək. Buna səbəb fiskal xərclərin azaldılması və AMB-nin manat kütləsini sterilizasiyası etməsi amilləri göstərilir. Qeyd edək ki, bugünkü hərracda dolların məzənnəsi artsa da, kommersiya bankları nağd valyutanın satış qiymətini azaltmağa davam edir. "Belə anlaşılır ki, bir müddət sonra AMB-nin rəsmi məzənnəsi ilə bankların satış qiyməti bir-birinə maksimal dərəcədə yaxınlaşacaq. Bu da onu göstərir ki, AMB müxtəlif maliyyə alətlərindən istifadə etməklə valyuta spekulyasiyalarının qarşısını almaq və sabit məzənnə rejiminə nail olmaq niyyətindədir". 
Agentliyin analitikləri hesab edirlər ki, ilin sonuna qədər dolların rəsmi məzənnəsinin 1,75 AZN/USD səviyyəsində sabitləşəcəyi gözlənilir. 2018-ci ildə isə dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olaraq məzənnədə dəyişiklik baş verə bilər. AMB-nin qarşısında duran əsas vəzifə iqtisadi artıma nail olmaqdır ki, bu da cari vəziyyətdə bir qədər çətin görünür. "Belə ki, iqtisadi artımın sürətlənməsi bilavasitə bank sektorunun kreditləşməni bərpa etməsi ilə əlaqəlidir. Kreditləşmənin bərpası isə öz növbəsində manatın məzənnəsinin sabitliyinə bağlıdır. Görünən odur ki, olkədə manatın məzənnəsinin sabitləşməsi məqsədi ilə inzibati təsir tədbirlərinə üstünlük verilir və sterilizasiyanın miqyasının genişləndirilməsi də bunu təsdiq edir", - deyə ekspertlər qeyd ediblər.
"Report"un analitik qrupu dolların məzənnəsinin sabitləşməsi fonunda potensial investorlara gəlirliliyi artırmaq məqsədi ilə sərbəst aktivlərini qısamüddətli manat depozitlərinə keçirilməsini məsləhət görür.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/report-serbest-vesaitleri-qisamuddetli-manat-depozitlerine-cevirmek-zamanidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR