"Qəbələ" Azərbaycan Premyer Liqasında "Kəpəz"lə oyunda qələbə qazana bilməyib

"Qəbələ" Azərbaycan Premyer Liqasında "Kəpəz"lə oyunda qələbə qazana bilməyib
17:12 28 Fevral 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha bir oyun keçirilib. 
"Report"un məlumatına görə, Gəncədə "Kəpəz" və "Qəbələ" komandaları qarşılaşıb.
Matçda hesabı ilk yarıda Gəncə təmsilçisi açıb. 36-cı dəqiqədə Şəhriyar Rəhimovun dəqiq zərbəsi "Qəbələ"nin oyundankənar vəziyyət etirazlarına səbəb olub. Bundan bir qədər sonra hər iki komanda azlıqda qalıb. Bir-biri ilə mübahisə etmələri səbəbindən meydan sahiblərinin heyətində Nicat Qurbanov, qonaq komandadan isə Nika Kvekveskiri qırımızı vərəqə görüb.
Fasilədən sonra "Kəpəz"in futbolçusu Renan Silva fərqlənib. Lakin braziliyalı müdafiəçi topu öz qapısına göndərib və oyunun yekun nəticəsini müəyyənləşdirib - 1:1.
Bu heç-heçədən sonra "Qəbələ" 43 xalla vahid lider olsa da, "qırmız-qaralar"ın zirvəni əldən vermək ehtimalı var. "Qarabağ" bu gün turun son matçında "İnter"i məğlub edəcəyi halda, 45 xalla 1-ci pilləyə yüksələcək.
“Kəpəz” – “Qəbələ” 1:1
Qollar: Şəhriyar Rəhimov, 36 - Renan Silva, 54-öz qapısına
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
İlk iki dövrə - 0:2, 1:2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinin-daha-bir-oyun-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR