Italian Design Day - Italyansayağı Dizayn Günü

Italian Design Day - Italyansayağı Dizayn Günü
17:27 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Italian Design Day - Italyansayağı Dizayn Günü

Azərbaycan Memarlıq və İnşaat Universiteti

A.Sultanova küç. 11, Az-1073, III korpus, IV mərtəbə akt zalı

Bakı, Azərbaycan

2 Mart, 2017

2 mart, 2017-ci il tarixində keçiriləcək layihə dünyanın 100-dən çox ölkəsində "Italy's Design Day-İtalyansayağı Dizayn Günü" adı altında baş tutacaq və tədbir hər ölkədə olduğu kimi Bakıda da dəyirmi masa formatında təşkil olunacaq.

İtalyanın Azərbaycandakı Səfirliyi İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı (ICE) tərəfindən təşkil olunan tədbir 2 mart, saat 14.30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutacaq.

Masterklasın keçiriləcəyi şəhərlər arasında Bakı, Barselona, Berlin, Çikaqo, Dubay, London, Meksika, Mayami, Milan, Moskva, Nyu-York, Paris, Pekin, Seul, Şanxay, Tehran, Tel-Aviv, Tokio, Toronto və s. şəhərlər də vardır. Bütün dünyada İtalyansayağı Dizayn Günü çərçivəsində "Made in Italy" adı ilə keçiriləcək layihədə italyan memarlıq və dizayn sahəsinin sirləri, tarixi, özünəməxsusluğu, innovasiyası, istifadə olunan materialların keyfiyyəti, ekoloji cəhətdən zərərsizliyi müzakirə olunacaq. Tədbirdə İtaliyanın dövlət televiziyası RAI1 tərəfindən Masterklassa həsr olunan video nümayiş etdiriləcək.

Tədbirdə İtaliyanın Azərbaycandakı Səfiri Campaolo Kutillo, İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (ICE) Bakı Ofisinin Direktoru Luigi D'Aprea, dəvət olunmuş italyan memar Luca Molinari, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, həmçinin Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə iştirak edəcəklər. Müzakirənin sonunda qonaqların onlar üçün maraqlı olan mövzularla bağlı iştirakçılara suallarını ünvanlaması üçün əlavə vaxt ayrılacaqdır.

Bu masterklasın hər il keçirilməsi və bundan əlavə italyan tikinti materiallarının nümayiş olunacağı sərginin də təşkili nəzərdə tutulmuşdur.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/521978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR