Tramp müdafiə xərclərini artırdı - Müharibə xəbərdarlığı...

ABŞ prezidenti Donald Tramp yeni büdcədə müdafiə xərclərinə tarixi artım edərək, digər xərclərlə müqayisədə müdafiə sisteminin gücləndirilməsini ön plana çəkib.

Metbuat.az xəbər verir ki, "Ağ ev"də baş tutan mərasimdə Tramp, Pentoqonun büdcəsini 54 milyard dollar artıracağını bəyan edib. O, bu məbləği başda xarici yardımlar olmaqla, digər xərclərlə kompensasiya edəcək. 

"Tükənmiş ABŞ ordusunu yenidən bərpa edəcəyik. Bu büdcə xalqın təhlükəsizliyinin və milli təhlükəsizliyin büdcəsi olacaq".

Adil / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR