"Altılıq" Cenevrəyə toplaşır

"Altılıq" Cenevrəyə toplaşır
10:41 7 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

İran və ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya (Altılıq" ölkələri) arasında nüvə danışıqlarının növbəti raundu Cenevrədə keçiriləcək.

ANS PRESS-in TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə İranın diplomatik mənbələri məlumat yayıb.

Bildirilib ki, nüvə danışıqları üzrə beynəlxalq nümayəndələrin iştirakı ilə görüş yanvarın 18-nə planlaşdırılıb. Birgünlük görüş barədə qərarın qəbul olunması bütün tərəfləri qane edir. Plenar iclasdan əvvəl İran tərəfinin həm Rusiya, həm də Amerika nümayəndə heyətləri ilə ikitərəfli danışıqları nəzərdə tutulur.

Rusiyanı bu tədbirdə xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edəcək.

Xatırladaq ki, bundan əvvəlki görüş ötən il dekabrın 17-də Cenevrədə olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR