AMB-nin İdarə Heyətinə daha 3 üzvün namizədliyi parlamentə tövsiyə olunub

AMB-nin İdarə Heyətinə daha 3 üzvün namizədliyi parlamentə tövsiyə olunub
18:02 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzv seçilməsi ilə bağlı üç nəfər - Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülüb. Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
"Report" bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Qeyd edək ki, Elman Rüstəmov 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə, Xəqani Abdullayev sədrin müavini vəzifəsinə təyin edilib.
A.Quliyev və V.Xubanov 2012-cı ilin fevralında Milli Məclisinin qərarı ilə dördüncü dəfə, A.Babayev isə üçüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-i-dare-heyetine-daha-3-uzvun-namizedliyi-parlamente-tovsiye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR