Bələdiyyəyə məxsus ərazidə YANĞIN

Bələdiyyəyə məxsus ərazidə YANĞIN
18:05 28 Fevral 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 13 radələrində Ağstafa Rayon Poylu Bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Yanğın 0,3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.

Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR