Neapolda Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər - FOTOLAR

Neapolda Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər - FOTOLAR
18:23 28 Fevral 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 28-də Neapol-Bakı Assosiasiyasının təşəbbüsü ilə İtaliyada Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Publika.az xəbər verir ki, Neapol meri görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb.

Neapol meri Azərbaycanla İtaliya arasında turizm əlaqələrinin inkişafı üçün hər iki ölkə arasında birbaşa təyyarə reysinin açılmasını vacibliyini vurğulayıb. Assosiasiyanın prezidenti Cüzeppe Kaniqlia təşkilatın bu günə qədər olan fəaliyyətindən qısa söhbət açıb. Bildirib ki, assosiasiya yarandığı 2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində yaxından xidmət göstərib, bir sıra tədbirlərin təşkilatçısı olub.

Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Məmməd Əhmədzadə İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixi köklərə bağlı olduğunu deyib. O, həmçinin 1992-ci il 26 Fevral tarixində erməni barbarları tərəfindən törədilən bəşəriyyətin ən amansız və qanlı faciəsi olan Xocalı soyqırımı və orada həlak olan günahsız insanlar barədə Neapol merinə ətraflı məlumat verib.

Assosiasiya tərəfindən tədbirə dəvət olunan Millət vəkili Qənirə Paşayeva da nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi üçün Neapol merinə minnətdarlıq edib. O, erməni vəhşiliyi nəticəsində törədilən Xocalı qətliamının İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaşı kimi Azərbaycanın yaxın dostu olduğunu bildirib. Bu dostluq əlaqələrinin yeni mərhələsinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərindən başladığını, prezidentliyi dövründə isə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Nitqinin sonunda o, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə Neapolda abidə ucaldılması təklifini irəli sürüb.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR