"Milyon faiz yanlış idi" - Şillələnib qırmızı kart alan futbolçu

"Milyon faiz yanlış idi" - Şillələnib qırmızı kart alan futbolçu
18:27 28 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Qәbәlә"nin futbolçusu Nika Kvekveskiri "Kәpәz"lə oyunda yaşanan gərginliklə bağlı danışıb. 

Milli.Az xəbər verir ki, o, qafqazinfo-ya açıqlamasında rəqib komandanın futbolçusu Nicat Qurbanovun ona şillə vurması və hakim Әliyar Ağayevin hər ikisinə qırmızı vәrәqә göstərməsinə etiraz edib:

"Mәni verilәn qırmızı vәrәqә milyon faiz yanlış idi. Hakim niyә mәni meydandan qovdu bilmirәm. Nicatı vurmadım vә ona heç bir söz demәdim. Ağzımdan heç bir pis söz çıxmadı. O, mәni vurdu vә qırmızı vәrәqә almalı idi. Әliyar Ağayev mәnә qırmızı göstәrmәmәli idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR