“Qarabağ” “İnter” oyununda şəhidlər anılıb

“Qarabağ”  “İnter” oyununda şəhidlər anılıb
18:27 28 Fevral 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “İnter” matçından öncə meydan sahiblərinin futbolçuları aksiya təşkil ediblər.
“Report”un məlumatına görə, Ağdam klubunun oyunçuları meydana üzərində “Hər damla qanımızdır Azərbaycan”, eləcə də fevralın 25-də şəhid olmuş Azərbaycan hərbiçilərinin ad və soyadları yazılmış plakatla çıxıblar.
Matçın start fiti ərəfəsində isə meydan sahiblərinin azarkeşləri "Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarı səsləndiriblər.
Qeyd edək ki, fevralın 25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin ataşkəsi pozması nəticəsində Azərbaycan ordusunun 5 əsgəri şəhid olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-i-nter-oyununda-sehidler-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR