"Gərginlik daha da artacaq"

"Gərginlik daha da artacaq"
18:37 28 Fevral 2017
1194 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan torpaqlarının işğalı davam etdikcə regionda gərginlik qalacaq və daha da artacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan və Ermənistanın problemi deyil. "Bu, dünya ictimaiyyətinin problemidir, bu münaqişənin həlli aparıcı beynəlxalq qüvvələrdən asılıdır".

Ekspert həmçinin, ATƏT Minsk qrupunun qeyri-effektivliyini vurğulayıb.

Onun sözlərinə görə, həmsədrlər eskalasiyanın qarşısını almaq və ya münaqişəni həll etmək iqtidarında deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/522051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR