Tanınmış bankın rəhbərliyində YENİ TƏYİNAT

Tanınmış bankın rəhbərliyində YENİ TƏYİNAT
18:47 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Həsən Quliyev "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədr müavini təyin olunub.

Milli.Az bildirir ki, bu barədə Trend banka istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, bu vəzifə "Bank of Baku"nun rəhbər şəxslərinin bankı tərk etməsindən sonra vakant qalmışdı. Belə ki, idarə heyətinin sədr müavinlərindən biri Zaur Qaraisayev Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti - "MBA-Moskva"nın Müşahidə Şurasının sədri təyin olunmuş, idarə heyəti sədrinin birinci müavini Nahid Zeynalov "Kapital Bank"ın İdarə Heyətinə daxil olmuşdu.

Bankın İdarə heyəti sədrinin digər müavini Eldar Həmidov "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/522052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR