Şəhid Tural Haşımlı Ordubadda dəfn olunub - FOTOLAR

Şəhid Tural Haşımlı Ordubadda dəfn olunub - FOTOLAR
18:49 28 Fevral 2017
552 Digər
Ölkə mətbuatı
A- A+

 

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Tural Əbdül oğlu Haşımlı dəfn olunub.

 

APA-nın məlumatına görə, şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib.

 

Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.

 

T. Haşımlı Ordubad şəhərinin Malik İbrahim qəbiristanlığında dəfn olunub.

 

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR