Mərkəzi Bankın İdarə Heyətinə YENİ NAZMİZƏDLƏR irəli sürüldü

Mərkəzi Bankın İdarə Heyətinə YENİ NAZMİZƏDLƏR irəli sürüldü
19:12 28 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası  keçirilib.

Milli.Az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələləri təqdim edib. İlk olaraq Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi barədə məsələyə baxılıb.

Bu sənədlə əlaqədar Ziyad Səmədzadə, Ağalar Vəliyev, Şəmsəddin Hacıyev,  Xanhüseyn Kazımlı, Əli Məsimli, Mahir Abbaszadə, Aydın Hüseynov, İlham Əliyev, Rüfət Quliyev, Cavid Qurbanov  çıxış edərək hər üç şəxsin bank sektorunda uzun illik səmərəli fəaliyyətindən, ölkənin pul-kredit və maliyyə sistemində həm nəzəri, həm praktik bacarıqlarından söz açıblar.

Sonra Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və "Dövlət  satınalmaları haqqında" qanuna  dəyişikliklər edilməsi barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsibov məlumat  verib. 

İclasda Vergi Məcəlləsinə və "Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı və dövlət  reyestri haqqında"  qanun layihəsinə edilən texniki dəyişikliklərə də baxılıb. Komitədə müzakirə olunan bütün sənədlərin Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilməsi qərara alınıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/522055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR