Azərbaycanda əmək pensiyalarının bazası hissəsi ləğv olunur

Azərbaycanda əmək pensiyalarının bazası hissəsi ləğv olunur
19:18 28 Fevral 2017
316 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur.

"Report"un xəbərinə görə, bu, "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsində əksini tapıb.

Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək.

1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək. 2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonra bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/189664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR